• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Qarabağ" Premyer Liqadakı ev oyunlarını bu arenada keçirəcək

İDMAN

05 Sentyabr 2023 | 14:41

"Qarabağ" Premyer Liqadakı ev oyunlarını bu arenada keçirəcək

“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət ünvanlayıb.

Bakıvaxtı.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, klub “Azərsun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib.

“Qarabağ”ın müraciətini, “Azərsun Arena”da aparılan işləri, Tofiq Bəhramov adına Respublika stadionunun mövsümün əvvəlindən Azərbaycan Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan PFL 6-cı turun “Qarabağ” - “Sabah” (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən “Qarabağ”ın ev matçlarını növbəti rəsmi bildirişə qədər Respublika stadionunda keçirməsinə qərar verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026