• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Qarabağ" - "Qalatasaray" matçı: Azarkeşlərin diqqətinə!

İDMAN

25 Mart 2023 | 20:18 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" - "Qalatasaray" matçı: Azarkeşlərin diqqətinə!

Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək xeyriyyə oyunundan sonra azarkeşlər Bakı Olimpiya Stadionundan (BOS) hissəvi şəkildə buraxılacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadənin Report-a verdiyi məlumata görə, bu qərar ictimai nəqliyyata doğru gedən yollarda sıxlıq yaranmaması üçün qəbul olunub.

O bildirib ki, əvvəlcə arenanın yuxarı mərtəbələri boşaldılacaq: "Birinci mərtəbədəki tamaşaçılar isə bir az gözləməli olacaqlar. Məsələ polislər tərəfindən tənzimlənəcək. Azarkeşlərə çağırış edirik ki, hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlarına əməl etsinlər".

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026