• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Qarabağ" "Sabah"ı məğlub etdi

İDMAN

17 Sentyabr 2023 | 21:55 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" "Sabah"ı məğlub etdi

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, mərkəzi oyunda çempionla vitse-çempion üz-üzə gəliblər.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Sabah”ı qəbul edib.

Qarşılaşmanı üstün keçirən ağdamlılar ikinci hissədə vurduqları qollar sayəsində 2:0 hesablı qələbə qazanıblar.

Qələbə sayəsində “Qarabağ” xallarının sayını 10-a yüksəldib. Son sıralarda qərarlaşan “Sabah”ın isə hesabında 4 xal var.

Turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Qəbələ” bərabərə (2:2) qalıblar.

Qeyd edək ki, Premyer Liqada VII turun matçları 23-25 sentyabr aralığında keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026