• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Qarabağ” Tovuzdan qələbə ilə qayıdır

İDMAN

17 Mart 2024 | 18:19 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” Tovuzdan qələbə ilə qayıdır

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Qarabağ"ı qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərində 10-cu dəqiqədə penaltidən Otto Con fərqlənib. Ağdam təmsilçisinin qollarını 56-cı dəqiqədə Nəriman Axundzadə, 73-cü dəqiqədə Patrik Andrade, 90+4-cü dəqiqədə penaltidən Toral Bayramov vurub.

Lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb. Tovuz klubu 35 xalla 7-cidir.

Qeyd edək ki, “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”dən 26 xal öndədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026