• Bakı 16° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Qarabağ" UEFA-ya müraciət etdi

İDMAN

14 Sentyabr 2022 | 12:59

"Qarabağ" UEFA-ya müraciət etdi

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda bir dəqiqəlik sükut ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan əvvəl mətbuat konfransında bildirib.

50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhəddində dünyasını dəyişən şəhidlərə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib: "Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər".

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR