• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Qarabağda daha 9 erməni cəsədi aşkarlanıb

GÜNDƏM

09 Aprel 2021 | 09:22

Qarabağda daha 9 erməni cəsədi aşkarlanıb

İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha doqquz erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Bakıvaxtı.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yeddi cəsəd Cəbrayılda aşkarlanıb, daha iki meyitin qalıqlarını isə Azərbaycan Talış kəndi istiqamətində aşkarlayaraq qarşı tərəfə təhvil verib.
Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1539 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.(azvision.az)
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026