"Ermənistan davamlı olaraq müxtəlif təxribatlara əl atır".
Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi münaqişə başlayan andan təxribatlara ara vermir: "Ümumiyyətlə, ermənilər bölgəyə gələndən bəri daim qan-qada olub. Ermənistam beynəlxalq səviyyədə ən ağır cinayətlər törədib, soyqırım, separatizm, işğal, terror və s. həyata keçirib. Qarabağ ərazisində Azərbaycanın tarixi abidələrindən tutmuş məzarlarına kimi dağıdıblar".
Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində qələbəmizdən sonra ermənilərin ağıllarını başlarına yığacağını düşünsək də, elə olmadı: “Ancaq vəziyyət onu göstərir ki, onlara yenidən "dəmir yumuruq" lazımdır".
E. Həsənli vurğulayıb ki, Qarabağda antiterror əməliyyatları mütləq həyata keçirilməlidir: "Pasport qeydiyyatı olmalıdır. Qarabağda 1991-ci ilə qədər hansı ermənilər yaşayıb, kimlər olub, həmçinin SSRİ dövründə kimlər yaşayıb, kim qalıb kim getmək istəyir aydınlaşdırılmalıdir”.
Müsahibimz qeyd edib ki, sülhməramlıar Qarabağdakı separatçıları oradan çıxarmalıdır: “Etmirsə, bunu Azərbaycan dövləti edəcək. Necə ki, BMT Təhlükəsizlik Şurasının qətanamələrini biz yerinə yetirdik".
Ermənistandan Qarabağa göndərilən 400 ton “humanitar qardım”ın Laçın Sərhəd Buraxılış Məntəqəsində saxlanmasına, bəzi beynəlxalq qurumların erməni hay-küyünə dəstək verməsinə gəlincə, həmsöhbətimiz bildirib ki, ermənilər indi də bu cür təxribatlara əl atlırlar: “Sual verirəm: Amerikada, Rusiyada, Almaniyada, İngiltərədə, hansı dövlətdə öz sərhədlərində sərhəd buraxılış məntəqəsi yoxdur? Kim necə gəldi o sərhəddən keçə bilir? Hansısa bir ölkənin ərazisində separatçılar, silahlı dəstə olsa, ona qarşı neçə addım atıla bilər?”
Onun sözlərinə görə, Azərbaycanın bütün dünyanını tanıyıb qəbul etdiyi ərazisi var bu ərazidə də bütün qərarları Azərbaycan dövləti verir.
“Ümumiyyətlə, bu dəfə təxribat geniş miqyas alsa, münaqişə genişlənsə, Ermənistanın bölgədə mövcudluğu sual altına düşəcək”, - deyə Emin Həsənli vurğulayıb.
Xəyalə Rza
















