• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qarabagda müharibə olacaq? – Erməniləri başa salmalıyıq ki...

SİYASƏT

15 Mart 2023 | 16:47 | Müəllif: Qalib İbrahimoğlu

Qarabagda müharibə olacaq? – Erməniləri başa salmalıyıq ki...

Son günlərdə cəbhəboyu ərazilərdə Ermənistan tərəfinin təxribatları intensivləşib. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, təxribatlar ara vermir.
Baş verənlər Qarabağda növbəti müharibəyə yol aça bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, vaxt itirmədən erməniləri başa salmalıyıq ki, bu müharibənin qalibi Azərbaycandır: “Çünki hər ötən gün Ermənistan cızığından çıxır. Azərbaycana şərt qoymaq nə deməkdir? Ermənistan unutmamalıdır ki, 44 günlük müharibənin qalibi onlar yox, bizik”.

Onun sözlərinə görə, Ermənistanın Rusiyadan, Fransadan olan havadarları onları nəyəsə həvəsləndirirlərsə, unutmamalıdırlar ki, Azərbaycan kifayət qədər hazır vəziyyətdədir:

“Görünən odur ki, ermənilər hər vəchlə vaxt uzatmaqla məşğuldurlar. Rusiya istəyir ki, bu məsələ gələcək nəsillərə də qalsın. Azərbaycan mətbuatında belə bir məlumat yayılmışdı ki, guya Putin Paşinyana qulaqburması verib. Elə şey yoxdur, gəlin özümüz özümüzü aldatmayaq. Bu məsələnin uzanması üçün, Putin növbəti təlimatlarını verib və bu da özünü cəbhədə göstərir”.

Ekspert bildirib ki, baş verənlər Rusiyanın Ermənistanla birlikdə hazırladığı oyunbazlıqdır:

“Hesab edirəm, Ermənistan Azərbaycanın qəbul etməyəcəyi şərtlər irəli sürərək, sonra demək istəyirlər ki, biz təklif verdik, qarşı tərəf qəbul etmədi. Azərbaycan bu təklifləri necə qəbul edə bilər?”

Müsahibimiz deyir ki,  Ermənistanın təkliflərindən biri seperatçılarla bağlıdır: “Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı, kanslerin Qarabağla bağlı çox tərəddüdlü çıxışı məni çox narahat elədi. Çünki bilirsiniz ki, İlham Əliyevdən qabaq Nikol Paşinyanın Almaniyaya səfəri olmuşdu. Belə başa düşürəm ki, tərəflər hansısa məsələləri razılaşdırıblar. Bu isə heç də bizim xeyrimizə olan məsələ deyil”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026