• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qarabağı tərk edən ermənilərin sayı 47 mini ötdü - YENİLƏNİB

CƏMİYYƏT

27 Sentyabr 2023 | 13:19

Qarabağı tərk edən ermənilərin sayı 47 mini ötdü - YENİLƏNİB

Qarabağı könüllü şəkildə tərk edən ermənilərin sayı artmaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, saat 12:00-a olan məlumata görə, Laçın sərhəd-keçid məntəqəsindən 47 115 nəfər Ermənistana daxil olub. 

Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb. 
 

 

12:31

Antiterror əməliyyatından sonra könüllü şəkildə Qarabağı tərk edən ermənilərin sayı 42 500 nəfərə çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan mətbuat konfransında bildirib.

Bu, Bakı vaxtı ilə səhər saat 08:00-a olan məlumatdır. Onlar Xankəndidən Laçın dəhlizi vasitəsilə Gorus və Vayots Dzordakı qeydiyyat şöbələrinə gedirlər: "42,5 min nəfərdən 22,8 min nəfəri qeydiyyatdan keçib".
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026