• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sabah 30 dərəcəyədək isti olacaq

CƏMİYYƏT

27 Oktyabr 2023 | 12:19

Sabah 30 dərəcəyədək isti olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026