• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

“Qarabağ”ın futbolçusu komadan çıxdı

İDMAN

28 Aprel 2023 | 16:33

“Qarabağ”ın futbolçusu komadan çıxdı

“Qarabağ”ın əvəzedici komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Hüseynzadənin vəziyyəti yaxşılığa doğru gedir.

Bakıvaxtı.az xəbər verir ki, 20 yaşlı müdafiəçi komadan çıxıb. Həkimlər onu ürək və ağciyər fəaliyyətlərinin təmin edilməsi üçün nəzərdə tutulan ECMO cihazından ayırıblar. Lakin futbolçu hələlik tam oyadılmayıb.

Xatırladaq ki, aprelin 22-də əvəzedici komandanın məşqindən əvvəl Şirxan Hüseynzadənin halı pisləşib. Həmin zamandan o, Bakıdakı klinikaların birində ECMO cihazına qoşulmuşdu, müalicə bu şəkildə davam edirdi. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026