• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Qarabağın işğalında iştirak etmiş İran İslamdan imtina edib?” - Açıqlama

GÜNDƏM

17 Iyun 2021 | 13:33

“Qarabağın işğalında iştirak etmiş İran İslamdan imtina edib?” - Açıqlama

 

İran işağldan azad edilmiş ərazilərlə sərhəddə fəallaşıb. Belə ki, İranın Azərbaycanla olan dövlət sərhədinin yaxınlığında, Araz çayının kənarında İran İslam İnqilabının lideri, mərhum ayətulla Ruhulla Musəvi Xomeyninin rəsminin olduğu böyük bir lövhə quraşdırıb.

Bir neçə ay öncə isə İran Xudafərin istiqamətində öz dövlət bayrağını sancmışdı.

 

Politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a bildirib ki, İranı-Azərbaycan münasibətləri molla rejiminin siyasi təcrübəsizliyi üzündən yüksək səviyyədə deyil.

“Qarabağın işğalı məsələsində bu və ya digər formada İranın iştirakı mövcud olub. İstər Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun İranda olarkən Xocalı soyqırımının baş verməsi, istərsə də Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun Tehranda olarkən Şuşanın işğal edilməsi birmənalı tarixi faktlardır. “ASALA” erməni terror təşkilatının və PKK-nın İran ərazisindən Qarabağa gəlməsi və rəsmi Tehranın buna mane olmaması faktı da var. Bu barədə mediada məlumatlar var.

Müharibədən sonra İran bu və ya digər Qarabağ ərazisindəki ermənilərə humanitar yardım və digər dəstəklər göstərib. Azərbaycanın razılığı olmadan həmin yüklərin Qarabağda ermənilərin yaşadığı ərazilərə aparılması qanunsuz məsələdir. Ona görə biz İrandan başqa heç nə gözləmirik”,-deyə C.Nuriyev bildirib.   

Politoloq vurğulayıb ki, İran üzdə İslam deyir, arxadan İslamın qaydalarına əməl etmir: “Şəkil, potret İslam dininə yad ola bir şeydir. Bu İslama əks olan büdpərəstliyin təbliği deməkdir. İran necə İslam dövlətidirsə,.. İran Xomeyni hətta imam elan edib. Xomeyninin Azərbaycan sərhəddə şəkilinin yerləşdirilməsi onların siyasi reklamıdır. Bu İranın molla rejiminin ən uğursuz siyasi gedişlərindən biridir. Çünki Azərbaycan dünyəvi, sivil və multikultural dövlətdir. Bizim bütün dinlərə hörmətimiz var. İslam bizim də dinimizdir və onun qaydalarına əməl edirik.

Qarabağa köçürülən ermənilər əsasən İrandan köçürülüb. Onların genetik olaraq farslarla əlaqələri var. Ona görə də farsların erməni sevgisi təsadüf deyil. Bunu qəbul edirəm. Amma üzdə İslam deyib, arxadan İslamın qaydalarına əməl etməməyin adı nədir? Bu suala İranın cavab verməsi yaxşı olar. 

Biz İranla sərhədin dostluq sərhədi olmasını istəyirik. Çünki İranda bizim 50 milyona yaxın qardaş və bacılarımız var. Biz onları yaddan çıxarmamışıq. Vaxt gələcək onların hüquqlarının oqrunması məsələsini dünya səviyyəsində təşkil edəcəyik”.  

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR