• Bakı 16° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“Qarabağ”ın rəqibi heyətini gücləndirdi

İDMAN

04 Sentyabr 2023 | 09:34

“Qarabağ”ın rəqibi heyətini gücləndirdi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan İsveçin “Hakken” klubu yeni transfer reallaşdırıb.

Bakıvaxtı.az Höteborq klubunun rəsmi saytına istinadən xəbər verir ki, İsveç millisinin futbolçusu Ayxam Usu heyətə cəlb olunub.

23 yaşlı mərkəz müdafiəçisi Çexiyanın “Slaviya” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, Usu bu ilin sonuna qədər “Hakken”in formasını geyinəcək.

Qeyd edək ki, Avropa Liqasının H qrupu çərçivəsində “Qarabağ”la “Hakken” arasında ilk oyun oktyabrın 5-də İsveçdə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026