• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ”ın İsveçə səfər proqramı müəyyənləşdi

İDMAN

03 Oktyabr 2023 | 14:25

“Qarabağ”ın İsveçə səfər proqramı müəyyənləşdi

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçin “Hakken” klubunun qonağı olacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu bu gün saat 18:00-da İsveçə yola düşəcək.

Ağdam təmsilçisi orada “Scandic Opallen Hotel”də məskunlaşacaq. Oyunöncəsi son məşq oktyabrın 4-də baş tutacaq. Əvvəlcə Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubir mətbuat konfransına qatılacaqlar. Bundan 20 dəqiqə sonra isə komanda matçın oynanılacağı “Ullevi” stadionunda məşqə çıxacaq.

Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026