• Bakı 17° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Qaranohur gölündə "tıxac" yarandı - VİDEO

CƏMİYYƏT

27 Oktyabr 2025 | 12:20

Qaranohur gölündə tıxac yarandı - VİDEO

Müxtəlif tur şirkətlərinin təşkil etdiyi səfərlər nəticəsində son günlər Qaranohur gölündə böyük insan sıxlığı müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə göl ətrafına istirahət üçün gələn insanların çoxluğu açıq şəkildə görünür.

Şəhərin səs-küyündən uzaqlaşıb təbiətin qoynunda dincəlmək istəyən bir çox vətəndaş göldə yaranan izdihamdan narazılıq edib. Onların sözlərinə görə, bu qədər sıxlıq həm istirahət şəraitini çətinləşdirir, həm də təbiətə zərər vurma riski yaradır.

Ekoloqlar da bildirirlər ki, belə hallarda təbiət ərazilərinə nəzarətin gücləndirilməsi və turist axınının tənzimlənməsi vacibdir.


SON XƏBƏRLƏR