• Bakı 21° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Qardaş bacısını QƏTLƏ YETİRDİ

HADİSƏ

26 Sentyabr 2022 | 10:53 | Müəllif: Subhan Mahmudov

Qardaş bacısını QƏTLƏ YETİRDİ

Sentyabrın 25-i saat 04 radələrində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Xalidə Əsədovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1998-ci il təvəllüdlü Nicat Əsədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Xalidə Əsədovaya çoxsaylı xəsarətlər yetirməsinə, sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026