• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qayalıqda meyit aşkarlandı

CƏMİYYƏT

26 Iyun 2023 | 18:47

Qayalıqda meyit aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində qayalıq ərazidə aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bakıvaxtı.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meyit mürəkkəb relyefli ərazidə qaya daşlarının arasındadır.

Həyata keçirilən tədbirlər nəticəsində meyit qaya daşlarının arasından çıxarılaraq təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026