Qazaxda məktəbli, Gəncədə gənc qız itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Samirə Eyyubova müraciət edərək qızı 2007-ci il təvəllüdlü Nurcan Eyyubovanın noyabrın 1-də yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.
Bundan başqa, 2010-cu il təvəllüdlü, Qazax şəhəri, F.Şamoyev adına 4 saylı tam orta məktəbin yeddinci sinif şagirdi olan Gülxanım Hüseynova Vüqar qızı noyabrın 2-də oxuduğu məktəbdə sinif rəhbərindən baş ağrısının olması səbəbindən yaşadığı evə getmək adı ilə icazə alıb. Lakin o, dərsdən çıxıb gedərək evə qayıtmayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.












jpeg-1701524137.webp)



