q
  • Bakı 10° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Qazaxıstan 9 May Qələbə Paradından İMTİNA ETDİ 

DÜNYA

03 Aprel 2024 | 10:42

Qazaxıstan 9 May Qələbə Paradından İMTİNA ETDİ 

"Qazaxıstan mayın 9-da hərbi parad keçirməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub:

Qazaxıstan Müdafiə Nazirliyi bu il mayın 7-də qeyd olunan Vətənin Müdafiəçisi Günü və 9 May Qələbə Gününə həsr olunmuş hərbi parad keçirməyi planlaşdırmır. 2024-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi büdcə vəsaitlərinə qənaət məqsədilə, eləcə də digər problemlərin həlli zərurətinə görə nəzərdə tutulmayıb. O cümlədən, ölkə Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığının və mobilliyinin lazımi səviyyədə saxlanılması prioritetdir”.

Qeyd edək ki, 2022 və 2023-cü illərdə də xərclərə qənaət və digər tapşırıqlar səbəbindən Qazaxıstanda hərbi parad keçirilməyib.

Xatırladaq ki, martın 20-də Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu 2024-cü ildə Rusiyanın 28 şəhərində Böyük Vətən Müharibəsində Qələbənin ildönümünə həsr olunmuş hərbi paradların keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, bayram yürüşlərində 50 mindən çox vətəndaş və 1 minə yaxın hərbi texnika nümunəsi iştirak edəcək.

Günəş Mərd 


SON XƏBƏRLƏR

23 Aprel 2026