• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Qazaxıstan bu ölkəyə neft nəqlinə başlayır

İQTİSADİYYAT

17 Fevral 2025 | 20:00

Qazaxıstan bu ölkəyə neft nəqlinə başlayır

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevlə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto arasında Astanada keçirilmiş görüşdə Qazaxıstan neftinin “Dostluq” boru kəməri ilə Macarıstana daşınması məsələsi müzakirə edilib.

Adalet.az xəbər verir ki, 2025-ci il ərzində neftin sınaq rejimində daşınmasına dair razılıq əldə olunub.

Görüşdə “KazMunayQaz” və “MOL Group” şirkətləri arasında neft-qaz sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılıb.

Tərəflər hər iki şirkətin iştirak etdiyi “Rojkov” qaz-kondensat yatağının səmərəli istismarının zəruriliyini vurğulayıblar.

Qazaxıstan tərəfi AES üçün quru soyutma qüllələrinin istehsalı üzrə macar həmkarlarının, xüsusən “MVM Group” şirkətinin təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.


SON XƏBƏRLƏR

08 May 2025