• Bakı 24° C

    5.8 m/s

Qazinin öldüyü qəza yerindən GÖRÜNTÜLƏR

HADİSƏ

16 Dekabr 2024 | 18:57 | Müəllif: Subhan Mahmudov

Qazinin öldüyü qəza yerindən GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az "Gəncəxəbər"ə istinadla xəbər verir ki,  "Niva" markalı avtomobilin aşması nəticəsində sürücü, Vətən müharibəsi qazisi, çavuş, 1997-ci il təvəllüdlü Hacıyev Haxoy Əlaslan oğlu hadisə yerində ölüb.

Avtomobildə olan iki nəfər isə xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə H.Hacıyev “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026