• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

"Qəbələ" "Araz-Naxçıvan"ı darmadağın etdi - REKORD

İDMAN

18 Mart 2024 | 11:52

"Qəbələ" "Araz-Naxçıvan"ı darmadağın etdi - REKORD

Azərbaycanın futbol çempionatlarında 2023/2024 mövsümünün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, "Qəbələ 2"nin "Araz-Naxçıvan 2"yə qalib gəldiyi (9:0) Əvəzedicilər Liqasının XXVII turunun oyununda gerçəkləşib.

Bu, cari mövsüm PFL-in bayrağı altında keçirilən bütün turnirlərdə qeydə alınan 3-cü belə nəticədir. Bunadək iki dəfə 9 top fərqi qeydə alınıb.

Belə nəticələr II Liqada yaşanıb. 2023-cü il noyabrın 6-da “Şahdağ Qusar” “Dinamo”nu, martın 5-də “Cəbrayıl” “Kürmük Qax”ı 9:0 hesabı ilə məğlub edib. Lakin həmin qarşılaşmalar meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

“Qəbələ-2” səfərdə ən böyükhesablı qələbənin müəllifi kimi rekorda imza atıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR