• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

"Beşiktaş" yeni başq məşqçisini tapdı: 78 yaşı var

İDMAN

16 Aprel 2024 | 21:00

Beşiktaş yeni başq məşqçisini tapdı: 78 yaşı var

Rumıniyalı mütəxəssis Mirça Luçesku "Beşiktaş"ın baş məşqçisi olmağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, 78 yaşlı məşqçi Türkiyə klubunun rəhbərliyi ilə yaxın bir neçə həftə ərzində komandanın baş məşqçisi olacağı barədə razılığa gəlib. Bununla bağlı "iAM SPORT" məlumat yayıb.

O, bu vəzifədə bir müddət əvvəl qovulan portuqaliyalı mütəxəssis Fernando Santosu əvəz edəcək. Bu mövsüm o, "Beşiktaş"ın 5-ci məşqçisi olacaq. Bu, onun İstanbul klubuna ikinci qayıdışıdır.

Xatırladaq ki, Luçesku son olaraq Kiyev "Dinamo"sunda çalışıb. O, ötən ilin noyabrında istefa verib. Mütəxəssis "Qalatasaray", "Rapid", "İnter", "Zenit" kimi klublarda və Türkiyə millisində də baş məşqçi vəzifəsində çalışıb./publika.az


SON XƏBƏRLƏR