• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qəbələdə yanmış ərazilərdə tinglər əkiləcək

CƏMİYYƏT

21 Sentyabr 2022 | 09:35

Qəbələdə yanmış ərazilərdə tinglər əkiləcək

Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin yanğına məruz qalmış ərazisinə payız əkin mövsümündə 1000-dən çox göyrüş, ağcaqayın tingləri əkiləcək, 300 kq toxum səpiləcək.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Bakıvaxtı.az-a bildirib ki, hazırda milli parkın ərazisində yanğına məruz qalmış ağaclar götürülərək ərazidən daşınır, təmizlənmiş ərazilər isə əkinə hazır vəziyyətə gətirilir.
Xidmət rəsmisinin sözlərinə görə, payız əkin mövsümünə start verilənə qədər əməkdaşlarımız tərəfindən yanğına məruz qalmış ərazilər əkinə hazır vəziyyətə gətiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026