Qədim Misirdə qadınlar hamilə olub-olmadığını öyrənmək üçün maraqlı üsuldan istifadə edirdilər.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, papirusda görünən bu hamiləlik testi 70% dəqiq olub.
Qədim Misir sirlərlə dolu bir yerdir. Min illər əvvələ aid bir mədəniyyət olsa da, bizi təəccübləndirməkdə davam edir.
Kopenhagen Universitetində Papirus Karlsberq Kolleksiyasında saxlanılan bəzi nəşr olunmamış qədim Misir tibbi mətnləri bu qədim metoda işıq salır. Mətnlərə əsasən, bir qadının hamilə olub-olmadığını öyrənmək üçün biri arpa, digəri buğda ilə doldurulmuş iki müxtəlif torbaya sidiyə getməli idi. Hər iki torbadakı taxıllar cücəribsə, qadın mütləq hamilədir.
Uşağın cinsini öyrənmək üçün də üsulları var idi. Körpənin cinsini öyrənmək üçün qadın gözləməli olub, taxıllardan hansının birinci cücərdiyinə baxmalı idi. Arpa daha tez cücərsəydi, körpə oğlan olardı. Əgər buğda əvvəlcə cücərdisə, bu, qız uşağına işarə idi.
Milli sağlamlıq institutlarına görə, 1963-cü ildə aparılan bir araşdırma, hamiləliyin təyin edilməsinin bu üsulunun, təxminən, 70% dəqiq olduğunu göstərib. Alimlər hesab edirlər ki, hamilə qadının sidiyindəki yüksək estrogen səviyyəsi toxumların böyüməsini stimullaşdırmış ola bilər.
Lakin onların körpənin cinsiyyətini proqnozlaşdırmaq üsulları açıq-aşkar yanlış idi. Yenə də minlərlə il əvvəl yaşamış bir sivilizasiyanın belə yüksək dəqiqliklə hamiləlik testindən istifadə etməsi olduqca təsiredicidir.
Ay Tac




jpg-1699443616.webp)











