• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qərbi Azərbaycan İcmasından Luis Okampoya CAVAB

SİYASƏT

19 Dekabr 2023 | 19:58 | Müəllif: Subhan Mahmudov

Qərbi Azərbaycan İcmasından Luis Okampoya CAVAB

Erməni diasporunun əlində oyuncağa çevrilmiş Luis Okampo Azərbaycanı “soyqırımı”nda ittiham edən növbəti qondarma hesabatla çıxış edib. Xocalı qatillərinin tutulmasına göz yaşı tökən səlibçi mentalitetli L.Okampo bunu “erməni soyqırımının tərkib hissəsi” kimi qələmə verir. O, daha doğrusu, bu cızma-qaranı onun adından yazmış şəxslər “Dağlıq Qarabağ etnik qrupu” kimi “dahiyanə elmi kəşf” edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının L.Okamponun qondarma hesabatı ilə bağlı bəyanatında bildirilib.

“Cızma-qarada 2017-ci ildə “İvanyan (ermənilərin Xocalıya verdiyi eybəcər ad) Artsaxın Azərbaycan işğalından azad edilmiş inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqını təhqir edən Artak Beqlaryan kimi irqçi klounun ifadəsi yer alıb. Hesabatda bu il Azərbaycan əleyhinə təşkil edilmiş BMT Təhlükəsizlik Şurasının iclaslarına, ABŞ senatında dinləmələrə, “Nyu-York Tayms”, “Vaşinqton Post” kimi qəzetlərdə ölkəmizə qarşı yer almış şər-böhtan yazılara toxunan L.Okampo əslində özünün də cəlb edildiyi kampaniya barədə aydın ipucuları verir”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.

Bəyanatda, həmçinin bildirilib ki, Azərbaycan və Ermənistan arasında əldə edilmiş 7 dekabr anlaşması fonunda belə əməllərin məqsədi sülh prosesinə mane olmaqdır. Bir sıra regiondankənar dairələr Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı deyil. Belə kağız parçaları bu ilin yay aylarında olduğu kimi Ermənistana boş ümid verməməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026