• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Qətlə yetirilən əsgər evin tək oğlu imiş - FOTO

HADİSƏ

05 Avqust 2022 | 11:04

Qətlə yetirilən əsgər evin tək oğlu imiş - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər 2003-cü il təvəllüdlü Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib. İstintaqla hadisənin eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Bakıvaxtı.az unikal-a istinadən xəbər verir ki, həlak olan əsgər Xaçmaz rayonunun Yergüc kəndindəndir. Pünhanın iki bacısı var. O, 2023-cü ilin yanvar ayında hərbi xidmətini başa vuracaqdı.

Qeyd edək ki, faktla bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


SON XƏBƏRLƏR

08 May 2025