• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzada ölən İbrahimin nişanlısı da VƏFAT ETDİ

HADİSƏ

15 Iyun 2022 | 14:57 | Müəllif: Subhan Mahmudov

Qəzada ölən İbrahimin nişanlısı da VƏFAT ETDİ

Xəbər verdiyimiz kimi, iyunun 12-də Şəki şəhərində toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb.

“Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü, 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan nişanlısı, 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Bakıvaxtı.az  "qafqazinfo"ya istinafən xəbər verir ki, Balakən rayon Hənifə kənd sakini olan Günel Göyüşova bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026