• Bakı 8° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qəzzada atəşkəs rejimi qüvvəyə mindi

DÜNYA

08 Avqust 2022 | 00:42 | Müəllif: Qalib İbrahimoğlu

Qəzzada atəşkəs rejimi qüvvəyə mindi

İsrail hakimiyyəti ötən həftənin cümə günündən "İslami Cihad" qruplaşmasına qarşı hərbi əməliyyatların aparıldığı Qəzza zolağında atəşkəs rejiminin yerli vaxtla saat 23:30-da (Bakı vaxtı ilə saat 00:30) qüvvəyə minəcəyini təsdiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar günü axşam İsrailin Baş nazirinin Dəftərxanası məlumat yayıb.

“Milli informasiya və təbliğat departamentinin rəhbəri təsdiq edir ki, atəşkəs bu gecə saat 23:30-da qüvvəyə minəcək”, - məlumatda deyilir.

Bununla beə, vurğulanır ki, İsrail Qəzzada atəşkəsin pozulması halında güc tətbiq etmək hüququnu özündə saxlayır. Tel-Əviv Qəzza zolağında “İslami Cihad”la atəşkəs razılaşması əldə etmək səylərinə görə Misirə təşəkkür edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR