• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Böyük Britaniya yeni hökumətini ELAN ETDİ

DÜNYA

06 Sentyabr 2022 | 22:31 | Müəllif: Subhan Mahmudov

Böyük Britaniya yeni hökumətini ELAN ETDİ

Böyük Britaniyanın yeni seçilmiş baş naziri Liz Truss keçmiş əmək və pensiya naziri Terese Koffini səhiyyə naziri və baş nazirin müavini təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniya yeni baş nazir seçimindən sonra yeni hökuməti formalaşdırmağa başlayıb.

"Parlamentin hörmətli üzvü Dr. Terese Koffi Səhiyyə və Sosial Məsələlər Naziri təyin edilib. O, eyni zamanda Baş Nazirin müavini vəzifəsini də icra edəcək", - Baş Nazirlikdən verilən açıqlamada deyilir.

O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.

Böyük Britaniyanın keçmiş biznes katibi Kvazi Kvartenq Maliyyə Nazirliyinin kansleri təyin edilib. Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceyms Kleverli Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026