• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzzada savaşı bitirməyin ən sürətli yolu... - Bennet

DÜNYA

24 Dekabr 2023 | 23:21 | Müəllif: Subhan Mahmudov

Qəzzada savaşı bitirməyin ən sürətli yolu... - Bennet

Yaxın Şərqdə müharibəyə son qoymağın ən sürətli yolu Qəzza zolağına yanacaq nəqlini kəsməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennet X (keçmiş Tvitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu müharibəni bitirməyin ən sürətli yolu Qəzzaya yanacaq tədarükünü kəsməkdir", - deyə Bennet bildirib.

O vurğulayıb ki, anklava yanacaq tədarükünə icazə vermək üçün İsrailə yönələn təzyiqlər mənəvi və praktiki cəhətdən yanlışdır.

Bennet bildirib ki, yanacaq tədarükü HƏMAS-ın tunel adlandırdığı əsas silahını sözün əsl mənasında “qidalandırır”:

“Yanacaq tədarükü dayansa, yeraltı rabitə sistemi fəaliyyətini dayandıracaq və bu, radikal qrupun məğlubiyyətinə səbəb olacaq. Kim müharibəni bitirmək istəyirsə, Qəzzaya bir damcı belə yanacağın girməsinin qarşısını almaq üçün İsraili dəstəkləməlidir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026