Qəzzada son 24 saatda ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az bu barədə “Al Jazeera”ya istinadla xəbər verir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saat ərzində 43 nəfər ölüb.
Oktyabrın 7-dən bu yana İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 34 305 nəfərə, yaralananların sayı isə 77 293 nəfərə çatıb.
Ölənlər arasında 14500-dən çox uşaq və 9500 qadın var.
Ölənlərin sayının daha çox olduğu təxmin edilir və minlərlə insanın İsrailin zərbələri zamanı dağılan binaların dağıntıları altında basdırıldığı güman edilir.
Mina Mikayılova