• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Qəzzanın cənubunda humanitar zona yaradıldı

DÜNYA

18 Oktyabr 2023 | 09:39

Qəzzanın cənubunda humanitar zona yaradıldı

Qəzzanın cənubunda beynəlxalq yardımın göstəriləcəyi humanitar zona yaradılıb.

Bakıvaxtı.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, fələstinlilər Xan Yunis yaxınlığındakı Əl-Məvasi bölgəsindəki humanitar zonaya getməlidirlər, burada onlara ehtiyac duyulduqda beynəlxalq humanitar yardım göstəriləcək.

İsrail Müdafiə Ordusu Qəzza zolağının şimal hissəsindəki fələstinlilərə cənuba köçmək barədə də yenidən çağırış edib. Mülki əhaliyə hərbçilərin tezliklə bölgəni güclü şəkildə hədəf alacaqları barədə xəbərdarlıq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026