• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzzaya görə hamımız günahkarıq - Obama

DÜNYA

06 Noyabr 2023 | 01:02 | Müəllif: Subhan Mahmudov

Qəzzaya görə hamımız günahkarıq - Obama

Fələstin-İsrail münaqişəsinə hər kəs bu və ya digər dərəcədə şərikdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obama “Pod Save America” nəşrinə müsahibəsində deyib.

“HƏMAS-ın etdikləri dəhşətli idi və bunun üçün heç bir bəhanə yoxdur. İşğalın və fələstinlilərin başına gələnlərin dözülməz olduğu da doğrudur”, - deyə Obama bildirib.

O, mülki şəxslərin fələstinli yaraqlıların hücumu ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Sabiq prezident əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli üçün bütün həqiqət tanınmalıdır:

“Heç kimin əli təmiz deyil, hamımız bu və ya digər şəkildə şərikik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026