“Qar yağsaydı, xəstəliklər yox olardı”, “Bu hava xəstəlik mənbəyidir”... Qışda yaşlı nəsildən bu sözləri daha tez-tez eşidirik.
Doğrudanmı, qışda yaz havası xəstəlik yayır? Ümumiyyətlə, belə havanın ziyanları nələrdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verəm həkim-terapevt Günay Lətifova bildirib ki, son günlərdə havalar gah isti, gah soyuq keçir. Bu da insanlarda geyim seçərkən çaşqınlıq yaradır və onlar geyimlərinə tam şəkildə diqqət etmirlər. Əgər hava isti keçirsə, çox qalın geyinmək, soyuqdursa, nazik geyinmək olmaz:
"İsti keçən hava şəraitində qalın geyinib havaya çıxdığımız zaman tərləyirik və bu da birbaşa xəstəliyə dəvətnamədir. Soyuq günlərdə nazik geyinmək də xəstəliyə birbaşa yol açır. Ona görə mütləq havaya çıxmamışdan öncə hava şəraitinə nəzər yetirməliyik".
G.Lətifovanın sözlərinə görə, xüsusən belə havalarda qrip infeksiyası yayıldığı üçün daha çox diqqətli olmalı, özümüzü qorumalı, infeksiyalardan qaçmalıyıq:
"İctimai nəqliyyatdan istifadə etdiyimiz zaman mütləq şəkildə maskadan istifadə etmək vacibdir. Əgər özümüzdə hər hansı bir narahatlıq, xəstəlik əlamətləri seziriksə, dərhal ailə həkiminə, yaxud bir terapevtə müraciət etməliyik”,
Günay Lətifova: Diqqətli olmalı, özümüzü qorumalı, infeksiyalardan qaçmalıyıq
Həkim belə hallarda özbaşına həkəkət etməməyi tövsiyə edir. Dediyinə görə, öz qərarımızla istifadə edəcəyimiz hər hansısa bir dərman sonradan səhhətimizdə müəyyən fəsadlara yol aça bilər.
"Günümüzdə insanlar xəstələnəndə virus əleyhinə preparat kimi antibiotik tərkibli dərmanlara üz tuturlar, lakin bu dərmanlar olduqca təhlükəlidir",- deyə Günay Lətifova vurğulayıb.
Nuriyyə Musayeva