• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Yoluxma riski nə vaxtadək qalacaq?  - ÜST AÇIQLADI

DÜNYA

23 Mart 2022 | 22:30

Yoluxma riski nə vaxtadək qalacaq? - ÜST AÇIQLADI

Dünyada koronavirusa yoluxma hallarının kəskin artması təhlükəsi peyvənd kampaniyası başa çatana qədər qalacaq.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

"ÜST-ün məqsədi bu ilin ortalarına qədər bütün ölkələrdə insanların 70%-nin peyvənd olunmasıdır", - Qebreyesus bildirib.

Baş direktorun sözlərinə görə, hazırda dünya əhalisinin üçdə biri peyvənd olunmamış qalır.

"Yüksək peyvəndləməyə nail olana qədər infeksiyaların artması və peyvəndin təsirindən yayınan yeni variantlarının ortaya çıxması riski ilə üzləşməyə davam edəcəyik", - ÜST rəhbəri qeyd edib.

Qebreyesus xatırladıb ki, dünyada COVID-19-a yoluxma hallarının sayında artım davam edir, bunun səbəbi Asiyadakı geniş yayılma və Avropada yeni dalğadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR