Rusiyalı həkim, Epidemiologiya institutunun direktor müavini Tatyana Rujençova hazırda mövsümlə əlaqədar həm qripə, həm COVID-ə eyni vaxtda yoluxmağı fərqləndirməyin yollarını açıqlayıb.
Bakıvaxt.az medicina.az-a xəbər verir ki, Flurona adlanan bu yoluxma zamanı simptomlar bir-birinə qarışır.
“Qripin əlamətləri çox sürətlə, 2 gün ərzində artır, xəstənin hərarəti bir neçə saata 38-ə çata bilər, baş ağrıyır, burun axır.
Koronavirusda isə əksinə hər şey tədricən, asta-asta olur. Əgər xəstədə dad, iybilmə itibsə, eləcə də həddən artıq halsız və əzələ zəifliyi varsa, deməli COVID-ə yoluxub.
Eləcə də koronavirusda qarın, mədə-bağırsaq da prosesə qoşulur, qripdə isə bunlar olmur. Qriplə COVID-i ancaq testlə təyin etmək olar. Yaxma testindən sonra xəstə üçün əsasən koronavirus müalicəsi seçilir. Çünki bu zaman istifadə olunan preparatlar qripə də təsir edir. Əlavə dərmanlara ehtiyac olmur.
Flurona ilə daha çox yaşlı insanlar və uşaqlar xəstələnə bilər".
Qeyd edək ki, bu yeni xəstəlik adı flu -qrip və koronavirus sözündən birləşdirilərək yaradılıb.
İlk dəfə belə yoluxma İsraildə rast gəlinib.
Peyvənd olunmayanlar belə ikili yoluxmaya daha çox məruz qalır.
















