• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Qubada 7 silah polisə təhvil verildi

CƏMİYYƏT

16 Noyabr 2023 | 11:29 | Müəllif: Subhan Mahmudov

Qubada 7 silah polisə təhvil verildi

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı təhvil götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR