• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Qubada evdə partlayış: Xəsarət alan var

HADİSƏ

10 Dekabr 2024 | 22:32

Qubada evdə partlayış: Xəsarət alan var

Qubada partlayış hadisəsi baş verib. Hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, kənd sakini, 68 yaşlı Laçın Ələsgərov evdə olarkən gecə saat 2 radələrində partlayış baş verib.

Zərərçəkənin oğlunun sözlərinə görə, partlayışa səbəb qaz sızması olub:

"Biz yatarkən partlayış səsi gəldi. Durduq, baxdıq ki, atam od tutub, yanır".

Xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan paytaxta - Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.

Xəstəxanadan bildirilib ki, yaralıya bədən səthinin 95-98%-i II-III dərəcəli termiki yanıq və yuxarı tənəffüs yollarının yanığı diaqnozu qoyulub.

Hazırda xəstə çox ağır vəziyyətdə Reanimasiya şöbəsində müalicəsini davam etdirir.


SON XƏBƏRLƏR

18 Aprel 2025