Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Quba Rayon Mərkəzi Xəstəxanasına 1 nəfər yerləşdirilib.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1998-ci il təvəllüdlü Sahil İsayev hazırda komatoz vəziyyətdədir, süni tənəffüs aparatına qoşulub, vəziyyəti isə kritik ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Mühafizə bölməsinin əməkdaşıdır.
11:17
Bu gün Quba rayonunda baş verən qəzada ölən şəxsin Quba Mərkəzi Rayon Xəstəxanasının mühafizə xidmətinin əməkdaşı olduğu müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, “VAZ 2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində Elnur Kəlbiyev dünyasını dəyişib. Sahil İsayev adlı şəxs isə xəsarət alıb, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
10:30
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “VAZ 2106” və “Opel” markalı maşınlar toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
















