• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qubada yük maşını aşdı: sürücü xəsarət aldı

HADİSƏ

21 Dekabr 2021 | 22:18 | Müəllif: Qalib İbrahimoğlu

Qubada yük maşını aşdı: sürücü xəsarət aldı

Qubada bir nəfərin xəsarət alması ilə nəticələnən yiol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu, Qonaqkənd qəsəbəsi ərazisində ”Ford” markalı yük avtomobilinin yol kənarına aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026