• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qubadakı qəzada ölənlərin kimliyi MƏLUM OLDU

CƏMİYYƏT

11 Sentyabr 2023 | 09:32

Qubadakı qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ötən gecə Quba rayonunda baş vermis ağır yol qəzasında vəfat edən və xəsarət alan şəxslərin adları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Quba-Xaçmaz yolunun Zərdabi kəndindən keçən hissəsində Zamiq Namiq oğlu İsmayılov “Mercedes” markalı avtomobillə Cahangir Xəlilovun sürdüyü “Niva”nı arxadan vurub. Bu zaman “Mercedes” idarəetmədən çıxaraq qarşı zolağa çıxıb və əks tərəfdən hərəkət edən Turan Məlikovun sürdüyü “Vaz 2107”yə çırpılıb. Nəticədə öz yolu ilə hərəkətdə olan Turan Məlikov, eləcə də “Mercedes”də olan sərnişinlərdən Sərhad Məmmədov hadisə yerində vəfat edib.

“Mercedes” markalı avtomobildəki digər 2 sərnişin: Amin Məmmədov və Rahil Həmidov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026