Qubadlıda mina partlaması ilə bağlı prokurorluqda araşdırma aparılır.
Bu barədə Bakıvaxtı.az-a Qubadlı rayon prokurorluğundan daxil olan məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb: "Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır".
*** 11:02
Bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, partlayış nəticəsində, minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olmuşdur.
Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.




jpg-1664438061.webp)
jpg-1664435308.webp)





jpg-1664432375.webp)




