• Bakı C

    5.59 m/s

Həmkəndlisini bıçaqlayan şəxs tutuldu

HADİSƏ

29 Sentyabr 2022 | 10:07

Həmkəndlisini bıçaqlayan şəxs tutuldu

Ucar rayonunda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, sentyabrın 28-də, saat 20 radələrində Ucar rayonu Küçəkənd kənd sakini Muxdər Rəsulovun qarının ön divarının dəlib keçmiş açıq yarası diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.


Daxil olmuş məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən onun həmkəndlisi Maarif Xəlilov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

O, dindirilmə zamanı M.Rəsulova aralarında yaranmış mübahisə zəminində xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

03 Dekabr 2022