• Bakı C

    8.35 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Qusarda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

HADİSƏ

15 Dekabr 2025 | 12:35

Qusarda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Qusarda 4 nəfər dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 15-i gecə saatlarında rayonun Üzdənoba kəndində qeydə alınıb. Bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərləniblər.

Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova, 7 və 5 yaşlarında iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra vəziyyətləri yaxşı olduğu üçün ailənin 4 üzvü də evə buraxılıb.


SON XƏBƏRLƏR

14 Dekabr 2025