• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Quterreş Ukraynaya görə səfərini təxirə saldı

DÜNYA

30 Oktyabr 2022 | 20:31 | Müəllif: Subhan Mahmudov

Quterreş Ukraynaya görə səfərini təxirə saldı

BMT-nin baş katibi Antonio Quterreş taxıl müqaviləsi ilə bağlı yaranmış vəziyyətə görə Ərəb Liqasının Əlcəzairdə keçiriləcək sammitinə səfərini təxirə salıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Quterreşin ofisi məlumat yayıb.

“Baş katib Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı vəziyyətdən dərin narahatdır. O, diqqətini bu məsələyə yönəltmək üçün Əlcəzairdə Ərəb Liqasının sammitinə səfərini bir gün təxirə salmaq qərarına gəlib”, - deyə açıqlamada bildirilir. .

İyulun 22-də İstanbulda Ukrayna taxılının və ərzaq məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün dəhlizin yaradılmasına dair saziş imzalanıb. Dünən Rusiya Müdafiə Nazirliyi ərzaq sövdələşməsindən çəkildiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026