• Bakı 17° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Rahil Məmmədov bu tarixdə Polşa klubuna qoşulacaq

İDMAN

18 Yanvar 2024 | 13:45

Rahil Məmmədov bu tarixdə Polşa klubuna qoşulacaq

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov yeni transfer olunduğu Polşanın LKS klubuna yanvarın 20-də qoşulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “gol24.pl” saytı məlumat yayıb.

Bildirilib ki, “Qarabağ”dan transfer edilən 28 yaşlı müdafiəçi həmin gün Türkiyəyə yollanacaq. O, Side bölgəsində təlim-məşq toplanışı keçəcək yüksək liqa təmsilçisinin heyətində mövsümün ikinci yarısına hazırlaşacaq. Lodz klubu orada 4 yoxlama matçında qüvvəsini sınayacaq.

Qeyd edək ki, LKS Polşa Ekstraklasasının birinci dövrəsindən sonra 10 xalla axırıncı pillədə qərarlaşıb. Pyotr Stokovieçin baş məşqçisi olduğu komanda 2024-cü ildə ilk oyununu fevralın 12-də keçirəcək. LKS həmin gün XX tur çərçivəsində “Korona”nın qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026