• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ramiz Məlikin səhhəti nə yerdədir?

CƏMİYYƏT

27 Iyul 2023 | 19:34 | Müəllif: Subhan Mahmudov

Ramiz Məlikin səhhəti nə yerdədir?

Xalq artisti Ramiz Məlikin səhhəti yaxşılaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.az-a tanınmış aktyorun özü məlumat verib.

Xatırladaq ki, xalq artisti Ramiz Məlik aylar öncə onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə bağlı məlumat paylaşmışdı.

Tanınmış aktyor artıq müalicələrini evdə davam etdirdiyini bildirib:

“Səhhətim yaxşıdır. Artıq müalicələrimi bir neçə müddətdir ki, ev şəraitində davam etdirirəm. Narahatlığa ehtiyac yoxdur”.

Qeyd edək ki, 79 yaşlı xalq artisti uzun illər Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. 

Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026