• Bakı 22° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Yardımlıya sel gəldi: bu yol sıradan çıxdı 

CƏMİYYƏT

26 Avqust 2023 | 16:27 | Müəllif: Subhan Mahmudov

Yardımlıya sel gəldi: bu yol sıradan çıxdı

Yardımlı rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Yardımlı-Deman-Arvana avtomobil yolunun 14-24-cü kilometrlik hissəsində yol örtüyünü yuyaraq sıradan çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Nəticədə yolun sözügedən kilometrliyində yol örtüyü tamamilə yararsız vəziyyətə düşüb.

Dərhal təbii fəlakət baş verən əraziyə Agentliyin canlı qüvvəsi və texnikası cəlb edilib. Avtomobil yolunun əsaslı şəkildə bərpa olunması istiqamətində hadisə baş verən andan etibarən əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir, təbii fəlakət səbəbindən yolda yaranmış fəsadlar aradan qaldırılır


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026