• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Erməni Azərbaycan dilində ölkəmizdən vətəndaşlıq istədi - VİDEO

CƏMİYYƏT

25 Sentyabr 2023 | 16:10

Erməni Azərbaycan dilində ölkəmizdən vətəndaşlıq istədi - VİDEO

Ermənistana gedən erməni əsilli vətəndaş Azərbaycan vətəndaşlığına qəbul olunmaq istədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər AZTV-nin reportajında yer alıb.

Erməniəsilli vətəndaş Azərbaycan dilində danışaraq bildirib ki, onlar Ağdərəyə İrəvandan köçüb:

"Polislər və əsgərlər bizə kömək edir və yaxşı davranırlar. Onlardan heç bir narazılığımız yoxdur. Bizə çörək və digər ehtiyaclarımızı verirlər. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirik".

Avtomobilində nasazlıq yaranan həmin sakinə polis əməkdaşları kömək edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026